Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması qaydasını təsdiqləndi

SOSİAL 16 yan 2020, 22:46

Nazirlər Kabineti “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nı təsdiq edib. 

 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

 

Qərara əsasən, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 4.8.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə;  

 

1. “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası” təsdiq edilib (əlavə olunur).  

 

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. 

 

Ətraflı məlumatı bu keçiddən oxuya bilərsiniz. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top