BDU-dan islam dinini təhqir edən müəllimə SƏRT CƏZA

SOSİAL 16 yan 2020, 22:30

Dünən Bakı Dövlət Universitetində imtahan zamanı  müəllim İslam dinini və Quranı təhqir edib.

 

Demokrat.az-ın məlumatına görə, bu barədə universitetin III kurs tələbəsi Elnar Buludov sosial şəbəkədə məlumat paylaşıb.

 

Tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı islam dini və Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlətdiyini və onu “terrorçu” adlandırdığını qeyd edib.

 

Məsələ barədə BDU-nun mətbuat xidməti ilə əlaqə saxladıq.

 

Universitetin mətbuat katibi Pərvanə İbrahimova saytımıza açıqlamasında bildirib ki, müəllim auditoriyadan uzaqlaşdırılıb:

 

“Tarix kafedrasının müəllimi Rabil Süleymanlıya şiddətli töhmət verilib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top