"Orada öldürülməsin" — Süleymanini ABŞ-a satanın tək ŞƏRTİ

DÜNYA 16 yan 2020, 15:56

Bağdadda ABŞ ordusunun keçirdiyi əməliyyat nəticəsində öldürülən general Qasım Süleymanini Bəşər Əsəd rejiminin yüksəkçinli rəsmisi satıb.

 

“The Independent Arabic”in Qərb kəşfiyyatına istinadən ortaya atdığı iddiaya görə, suriyalı rəsmi Süleymaninin Suriya torpaqlarında getdiyi yerlərə dair informasiya ilə yanaşı, onun və yaxınlığındakıların mülki təyyarə ilə səyahət məlumatlarını da ABŞ-a ötürüb.

 

Uzun müddətdir, ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edən suriyalı ABŞ tərəfinə Süleymaninin Suriya torpaqlarında öldürülməməsi ilə bağlı şərt qoyub.

 

Süleymaninin təyyarədə olduğundan əmin olan ABŞ kəşfiyyatı onunla birlikdə səyahət edən “Haşdi-Şabi” liderinin müavini Əbu Mehdi əl-Mühəndisin də telefonunu dinləməyə başlayıb və bu yolla əl-Mühəndislə Süleymani arasındakı dialoqu anbaan qeydə alıb.

 

Kəşfiyyat dinləmələr nəticəsində Süleymani və əl-Mühəndisin ABŞ-la İsrailə qarşı İraq, Suriya, Livan və digər bölgələrdə böyük əməliyyatlar keçirməyə hazırlaşdıqlarını müəyyən edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top