"AMEA-da maaşlar çox aşağıdır" — Ramiz Mehdiyev

SOSİAL 15 yan 2020, 18:38

AMEA-da maaşlar çox aşağıdır və bu da işçilərimizin həyat səviyyəsinə təsir edir.


Demokrat.az AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.


Akademik ürəkaçan olmayan vəziyyətlə bağlı tədbirlər keçirildiyini deyib: 


“İnnovasiya Fondunu yaratmışıq və buradan akademiyaya əlavə gəlirlər gələcəyinə ümid edirik. Xoş olmayan hallar AMEA-da yaşanıb və bundan sonra bu istiqamətdə müsbət tədbirlər görüləcək”.


Qeyd edək ki, AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında akademiyanın bölmə rəhbərləri və institut direktorları hesabat məruzələri ilə çıxış ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top