Azərbaycanda YENİLİK: Qaçqınlar digər ölkələrə rahat səyahət edəcək

SOSİAL 15 yan 2020, 14:23

Azərbaycanda qaçqın statusu altında yaşayan əcnəbilərin “Yol sənəd”i gələn həftə təqdim olunacaq.

 

Demokrat.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib.

 

Onun sözlərinə görə, ötən ildən hazırlanan bu sənəd artıq hazırdır:

 

“Ölkəmizdə qaçqın statusunda yaşayan əcnəbilər üçün yaradılmış “yol sənədi” artıq hazırdır. Bu sənəd yanvar ayının 23-dən həmin şəxslərə təqdim olunacaq. Sözügedən “Yol sənədi” ilə həmin ad altında yaşayan şəxslər başqa bir ölkələrə rahat şəkildə səyahət edə biləcəklər”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top