Tahir Süleymanova daha bir rəqib gəldi — DADP-dən Zəhra Aslanova

GÜNDƏM 15 yan 2020, 13:18

Moderator.az saytının xəbərinə görə, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib ki, 9 fevral növbədənkənar parlament seçkilərinə qatılan partiya üzvlərinin sayı artır. Belə ki, partiyanın ən fəal üzvlərindən biri, DADP sədrinin Xaricdə yaşayan soydaşlarımızla iş üzrə müavini Zəhra Aslanovanın da namizədliyi 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qeydə alınıb.

 

"Mən Zəhra xanımın potensialına bələdəm. Zəhra xanım vətənpərvər və ziyalı bir insandır. Xalqa can yandıran, imkanı daxilində hər kəsə kömək etməyə çalışan ictimai fəallardandır. Şabran-Siyəzən seçicilərinin belə bir layiqli namizədə səs verəcəklərinə əminəm", - deyə Ə.Hüseynov qeyd edib.

 

Partiya sədri bütün DADP üzvləri adından Zəhra Aslanovaya parlament seçkilərində qələbə arzulayıb.

 

Z.Aslanova Musavat.com-a açıqlamasında qeyd edib ki, deputatlığa namizədliyini müəllimi, görkəmli tibb alimi Rəşid Mahmudovun tövsiyəsi ilə irəli sürüb. R.Mahmudov onun vəkilidir.

 

Onu da qeyd edək ki, sözügedən seçki dairəsində namizədliyini irəli sürmüş ən məşhur adam bəstəkar-müğənni Elza Seyidcahandır. Bu dairədən bir dəfə deputat seçilmiş Tahir Süleymanov da namizədliyini irəli sürüb. 

 

Aldığımız məlumata görə, 54 saylı seçki dairəsinə 20 namizəd yarışacaq.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top