Həbs olunan icra başçısının oğlu işdən ÇIXARILDI

HADİSƏ 15 yan 2020, 11:25

Ağstafa rayon icra hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

 

O, bildirib ki, Ramal Quliyevin müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə o tutduğu vəzifədən azad olunub.

 

Qeyd edək ki, Ramal Quliyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq vəzifəsində çalışırdı.

 

Xatırladaq ki, Nizaməddin Quliyev bir müddət əvvəl Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top