Azərbaycanda 92 yaşlı qadın səhvən evi partlatdı

HADİSƏ 15 yan 2020, 12:00

Zaqatalada fərdi yaşayış evində partlayış baş verib.

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri İmam Şamil küçəsində qeydə alınıb.

 

Fərdi yaşayış evlərindən birində baş verən partlayışa qaz sızması səbəb olub. Belə ki, 1928-ci il təvəllüdlü Ayşə Məmmədova qaz sobasını yandırmaq istəyən zaman anidən yanğınla müşahidə olunan partlayış baş verib.

 

Nəticədə 92 yaşlı Ayşə Məmmədova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiririlib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top