Şəmkir sakini Bakıya piyada gəlir — FOTOLAR

MARAQLI 14 yanvar 2020, 23:35

Şəmkir sakini Şəhidlər Xiyabanının müqəddəsliyinə diqqət çəkmək üçün piyada Bakıya yola düşüb.


Belə ki, Səyyar Musayev Şəmkir rayonundan paytaxta qədər olan 410 km-lik məsafəni piyada qət etməyi planlaşdırıb. 

 

35 yaşlı rayon sakini 8 gün piyada getməklə 20 yanvar hadisələrinin 30-cu ildönümü günü Şəhidlər Xiyabanına çatmağı düşünür. O, artıq yolun bir hissəsini arxada qoyaraq Yevlax rayonuna çatıb. S.Musayev gecələr bir neçə saat istirahət etməklə yola davam etdiyini bildirib. (Qafqazinfo)

Şəmkir sakinindən maraqlı addım - Bakıya piyada gəlir - Fotolar

Şəmkir sakinindən maraqlı addım - Bakıya piyada gəlir - Fotolar

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top