Avstraliyada 5 mindən çox dəvə güllələndi

DÜNYA 14 yan 2020, 22:26

Avstraliyada 5 mindən artıq dəvə güllələnərək öldürülüb.

 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi dəvələrin kənd icmalarına tez-tez hücum etməsi göstərilir. Heyvanlar helikopterlərdən atəş açılaraq öldürülüb. Cənubi Avstraliya ştatının hökumətindən verilən açıqlamaya görə, quraqlıq və susuzluq daha çox dəvənin kəndlərə axınına səbəb olurdu. Bu axın nəticəsində yerli sakinlər qidasız və susuz qalmaq təhlükəsi ilə üzləşirlər. Bundan başqa, dəvələr sürücülərə də təhlükə yaradır. Xəstə heyvanlar bəzən içməli su hövzələrində ölür ki, bu da həm əhaliyə, həm digər heyvanlara xəstəliklər yaradır.

 

“Biz ziyanvericilərə qarşı mübarizə aparmalı, su ehtiyatını qorumalı, insanların, uşaqların həyatını riskə atmamalı, yerli flora və faunanı müdafiə etməliyik”, - deyə hökumətin açıqlamasında deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top