Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi keçən il 808 milyon dollara yaxın olub

İQTİSADİYYAT 14 yan 2020, 18:28

2019-cu ildə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 808 milyon dollara yaxın olub.


Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində Azərbaycandan bu ölkəyə 340,5 milyon dollarlıq məhsul ixrac olunub. 


Hesabat ilində Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 467,1 milyon dollar təşkil edib.


Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə Rusiyadan sonra ikincidir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top