Narkoloji Mərkəzin direktoru işdən çıxarıldı — Nazirdən YENİ TƏYİNAT

SOSİAL 14 yan 2020, 15:47

Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad edilib.

 

Demokrat.az xəbər verir ki, bu barədə Səhiyyə Naziri Oqtay Şirəliyev əmr imzalayıb.

 

14.01.2020-ci il tarixli əmrə əsasən, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub. 

 

Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək, Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top