Mingəçevirdə mikroavtobus aşdı: Yaralılar var — YENİLƏNİB (FOTO)

HADİSƏ 14 yan 2020, 14:28

Mingəçevirdə baş verən qəzada yaralananların adları məlum olub.

 

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı  və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talıb qızı xəsarət alıblar. 

 

 

***

Saat 11:16 

 

Mingəçevirdə mikroavtobus aşıb.

 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb. “Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb. Qəza nəticəsində bir neçə nəfər xəsarə talıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top