Oqtay Gülalıyevin vəziyyəti pisləşdi

HADİSƏ 14 yan 2020, 12:40

Yanvarın 10-da üçüncü dəfə əməliyyat olunan hüquq-müdafiəçisi Oqtay Gülalıyevin səhhəti pisləşib.

 

Bu barədə Qaynarinfo-ya yazar Zümrüd Yağmur məlumat verib. Onun sözlərinə görə, əməliyyatdan sonra Oqtay Gülalıyevin temperaturu yüksəlib:

 

"Amma bütövlükdə ümidverici bir şey yoxdur. Temperaturu yenə yüksəlib. Temperaturu salmaq bəlkə də problem olmayacaq. Problem sonrakı həyatıdır”.

 

Qeyd edək ki, Oqtay Gülalıyev yanvarın 10-da əməliyyat olunub. Əməliyyat zamanı onun başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. 

 

Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 19-da İstanbuldakı "Amerika Xəstəxanası”na köçürülüb.

 

O, oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top