Əfsanəvi türk futbolçusu ABŞ-da taksi sürücüsü işləyir — FOTOLAR

İDMAN 14 yan 2020, 12:44

Türkiyə millisi və "Qalatasaray" klubunun sabiq futbolçusu Hakan Şükür ABŞ-ın paytaxtı Vaşinqtonda taksi sürücüsü işləyir.

 

Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə o, "Die Welt" nəşrinə müsahibəsində bildirib.

 

Dünya çempionatının üçüncüsü olan Hakan Şükür əvvəllər San-Fransiskoda yaşasa da, sonradan Vaşinqtona köçmək məcburiyyətində qalıb.

 

Hazırda "Uber" taksi şəbəkəsinin üzvü olan sabiq futbolçu bu yolla dolanışığını təmin edir.

 

Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top