“Beta” çayı ilə bağlı ŞOK VİDEO

HADİSƏ 13 yan 2020, 22:00

Sosial şəbəkələrdə “Beta Azərbaycan” şirkətinə məxsus “Beta TEA” birdəfəlik qara çayları ilə bağlı video yayılıb.


Demokrat.az Konkret.az-a istinadən xəbər verir ki, videoda paketdən açılan çayın içərisində ağ rəngli həblərin olduğu görüntülənib. Qeyd edək ki, sosial şəbəkələrdə buna bənzər videolar ayrı-ayrı insanlar tərəfindən çəkilərək yayılıb. Həblərlə bağlı videoda müxtəlif iddialar səsləndirilib.


Başqa bir brend çayla müqayisəli təqdim edilən görüntülər antireklam təsiri bağışlasa da, bu faktın ciddi araşdırılmasına ehtiyac var. İnsanlar arasında çaşqınlıq yaradan həmin görüntüləri tanınmış müğənnilər də paylaşıb.


Məsələ ilə bağlı şirkətin mövqeyini dərc etməyə hazırıq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top