Bəxtiyar Hacıyev hədələndiyini bildirir

HADİSƏ 13 yan 2020, 20:57

Fevralın 9-da keçiriləcək parlament seçkiləridə 29 saylı Səbail Seçki Dairəsindən namizədliyini irəli sürən Bəxtiyar Hacıyev təhdid olunduğunu bildirib.


Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı məlumat paylaşan Bəxtiyar Hacıyev ona təhdidin telefon zəngi vasitəsilə olunduğunu deyib.
 

Onun sözlərinə görə, bu, yanvarın 13-də baş verib.


Bəxtiyar Hacıyen bununla bağlı bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyini deyib: 


"Məni hədələyib hansısa davaya çəkib diqqətimi yayındırmaq istəyirlər, amma heç nəyə nail olmayacaqlar”.


DİN mətbuat katibi Ehsan Zahidov Meydan TV-nin müvafiq sorğusuna cavab olaraq bildirib ki, əgər Bəxtiyar Hacıyev "qaynar xəttə” müraciət edibsə, məsələ araşdırılacaq.(MeydanTV)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top