Ramiz Zeynalov təqaüdə göndərilir — 69 yaşlı DYP rəhbəri “yol üstündədir”

GÜNDƏM 13 yan 2020, 13:31

Daxili İşlər Naziri Vilayət Eyvazovun başlatdığı islahatlar tam sürətilə davam edir. İndi bu islahatlar əhalinin daha çox narazılıq etdiyi Dövlət Yol Polisi strukturlarında reallaşmaqdadır.


Məlumat üçün bildirək ki, bu günlərdə nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bütün şəxsi heyəti sərəncama götürülüb. Bununla bağlı yayılmış məlumatda bildirilir ki, polis polkovniki Rəşid Piriyev də idarənin rəisi vəzifəsinə təsdiqlənməyib. R. Piriyev hazırda idarə rəisinin səlahiyyətlərini müvəqqəti icra edir.

 


Bir neçə gün öncə isə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib, idarənin rəis müavini, polkovnik Rəşadət Babayev isə tutduğu vəzifədən azad edilib.


Sfera.az-a daxil olan məlumatda iddia olunur ki, yol polisi strukturlarında aparılan islahatlar bununla yekunlaşmayacaq və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayor Ramiz Zeynalovun işdən kənarlaşdırılmasına qədər davam edəcək.


Məlumatlı mənbə iddia edir ki, 69 yaşı tamam olmuş Ramiz Zeynalovun təqaüdə göndəriləcəyi gözlənilir. Bildirək ki, təqaüd yaşı bir neçə il öncə tamam olmasına baxmayaraq o indiyə qədər rəsmi statusunu qorumağı bacarıb. Amma görünür, indi generalındaha çevik bir kadrla əvəz edilməsinə qərar verilib.

 

Həmin qərarın isə yaxın günlərdə rəsmən elan ediləcəyi bildirilir.

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top