Vilayət Eyvazov "Bandotdel"in rəis müavinini işdən çıxardı

HADİSƏ 12 yan 2020, 09:57

Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.


Demokrat.az bildirir ki, BakuPost-un məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Teyyub Müseyibovu tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.


Polkovnik yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.


T. Müseyibov bu vəzifəyə 2014-cü ildə təyin olunub.


Ona qədər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məxfi şöbənin rəisi vəzifəsində çalışıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top