Qusarda avtomobil aşdı

HADİSƏ 12 yan 2020, 09:41

Qusar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Demokrat.az Fövqəladə Hallar Nazirliyinin  rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Qusar rayonunda “VAZ” markalı minik avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub. 

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top