Dekabrda Azərbaycan bu qədər neft hasil edib

İQTİSADİYYAT 11 yan 2020, 23:30

Ötən ilin dekabr ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 771 min barel olub. Bunun 680 min barrelini xam neft, 91 min barrelini kondensat təşkil edib.


Energetika Nazirliyindən Demokrat.az-a verilən məlumata əsasən, gündəlik 457 min barel xam neft, 84 min barrel kondensat, 19,9 min barel neft məhsulları ixrac edilib.
 

Məlumata görə, gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair 7 dekabr 2018-ci il tarixli Razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.


Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə "OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top