Bakıda iki avtomobil toqquşub — xəsarət alanlar var

HADİSƏ 11 yan 2020, 22:58

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Demokrat.az  "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.


Belə ki, “Jeep” markalı avtomobillə “Reno” markalı avtomobil toqquşub. 


Nəticədə “Jeep” markalı nəqliyyat vasitəsinin qadın sürücüsü və digər avtomobilin sürücüsü, 25 yaşlı Anar adlı şəxs xəsarət alıb.


Yaralılar təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb.


Müayinə zamanı onlara bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top