Azərbaycanda intiharın qarşısı belə alındı — ANBAAN VİDEO

HADİSƏ 11 yan 2020, 21:39

Ağcabədi rayonunda intihar hadisəsinin qarşısı alınıb. 


Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti xəbər verir ki, 11 yanvar 2020-ci il tarixində nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun Hacıbədəlli kəndində 1 nəfər qadın intihar etmək istəyini nümayiş etdirib.


Dərhal əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasedicilərinin çevik müdaxiləsi sayəsində özünü Yuxarı Qarabağ kanalına ataraq intihara cəhd edən vətəndaş sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top