“Namizədliyimi irəli sürməyim onkoloji xəstələrə bir mesajdır ki, onlar da...”

GÜNDƏM 11 yan 2020, 19:48

Xəbər verdiyimiz kimi aparıcı Zülfiyyə Bayramovanın deputatlığa namizədliyi qeydə alınıb. O, namizədliyini 81 saylı Beyləqan seçki dairəsindən irəli sürüb.


Moderator.az-a açıqlamasında Z.Bayramova əslində namizədliyini vermək üçün Beyləqan sakinlərinin təşəbbüs qrupu yaratdığını bildirib:


“Deputatlığa namizədliyimi mən yox, Beyləqanda yaradılan təşəbbüs qrupu irəli sürüb. Beyləqan camaatı belə bir iş etdi və məni də rayona dəvət etdilər. Doğrusu, bu haqda bir az düşündüm, çünki hər yoldan keçən deputat ola bilməz. Sonra isə namizədliyimi irəli sürməyimdə məni buna vadar edən amillər var idi. Onlardan birincisi ölkə başçısının apardığı islahatlar idi ki, o, istəyir ki, insanlar onun yanında olsun, xalqla prezident arasında əlaqə yaradaq. Ona görə də ölkə başçısına dəstək olmaq üçün orda olmağım vacib idi, həm də Beyləqan camaatının belə bir təşəbbüs qrupuna yox desəydim, hörmətsizlik olardı. Bilirsiniz ki, mən onkoloji xəstəlikdən əziyyət çəkmişəm və bu bir növ xəstəlikdən əziyyət çəkən insanlara mesajdır ki, onlar da bu xəstəliyə qalib gələrək ən ağır işin altına girib xalq etimad göstərərsə, deputat da ola bilər. Yəni onkoloji xəstəlik ölüm deyil”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top