Səhiyyə Nazirliyindən sosial şəbəkədə yayılan video ilə bağlı AÇIQLAMA

GÜNDƏM 11 yan 2020, 18:35

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.


Nazirliyin Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan videogörüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.


“Videogörüntünü xəstəxanaya yoxlanışa, yaxud xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”, - Nazirlikdən qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top