Vasif Talıbovun seçkilərdə rəqibləri — Biri müəllim, digəri həkimdir

GÜNDƏM 11 yan 2020, 15:59

Milli Məclisə keçiriləcək seçkilərdə 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən deputatlığa üç nəfər namizəd qeydə alınıb.


Demokrat.az-ın məlumatına görə, onlardan biri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovdur.


Deputatlığa digər namizəd isə Etibar Məmmədovdur. O, müəllimdir. Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzinin direktorudur.


Digəri isə Mirvəli Seyidovdur. M.Seyidov həkimdir. Naxçıvan Muxtar Respublikasının Şərur rayon Mərkəzi Xəstəxanasının direktor müavinidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top