Qabil Hüseynli Rəşad Atakişiyevin ölümündən danışdı: "Falçı deyirdi ki, Rəşad sağdır və ..." (VİDEO)

GÜNDƏM 11 yan 2020, 14:10

Politoloq Qabil Hüseynli ötən ilin iyulunda Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan kürəkəni, polkovnik-leytenant Rəşad Atakişiyevdən danışıb.


Demokrat.az xəbər verir ki, politoloq Space TV-də yayımlanan "Sadə həqiqətlər" verilişində bildirib ki, qızı sonadək Rəşadın ölümünə inanmayıb:


"Uzun müddət onun ölümünə inanmadıq. Hətta müəyyən məlumatlat əldə etmək üçün bəzi falçıların yanına da getdik. Falçı deyirdi ki, Rəşad kapatulka edib, mütləq sağdır. Hətta falçı demişdi ki, Rəşad Beşbarmaq dağının yaxınlığında kolluqlar arasındadır, gedin axtarın. Belə səfeh sözlər deyirdi. Mən falçıya-malçıya inanan deyildim, amma bütün bunlara baxmayaraq qızımı maşınla həmin bölgəyə apardım".(BAKU.WS)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top