Maştağa xəstəxanasından biabırçı görüntü — Ruhi-əsəb xəstələri belə ələ salındılar (VİDEO)

HADİSƏ 11 yan 2020, 12:52

Sosial şəbəkələrdə ruhi-əsəb xəstələrinin müalicə aldığı tibb mərkəzindən  video yayılıb.


Demokrat.az xəbər  verir  ki, yayılan  videoda  bir  qrup  gəncin ruhi-əsəb  dispanserində  müalicə alan şəxsi ələ salması  və onu  kameraya  lentə  alması  əks  olunub.


İddiaya  görə, görüntülər  Maştağada  yerləşən dispanserdə qeydə  alınıb.


Qeyd  olunan  video insanlar tərəfindən tənqidlə qarşılanıb. Onlar əsəb xəstələrinin  ələ  salınmasını  hiddətlə  qarşılayıb.


Həmçinin  bu  insanların  xəstəxana daxilinə  necə  keçməsi  də müəmmalı  qalıb.


Sözügedən  videonu  təqdim  edirik (oxu24.com):

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top