"Xoşqədəm Baxşəliyvanın verilişinin Nərminin qətlində böyük rolu oldu..." — ŞOK İDDİA

GÜNDƏM 11 yan 2020, 12:38

Gələk Xoşqədəm Baxşəliyvanın verilişinə. Bu verilişin Nərminin qətlində böyük rolu oldu.


1) Verilişlərin birində Xoşqədəm xanım deyir ki, Nərmin sənin izinə düşmüşük, tapacağıq səni. Bu yanaşma kökündən yanlış olmaqla, həm də cinayətdir. İstintaq sirrinin açılmasıdır. Normal istintaqda qatilin, təcavuzçünun, manyakın izinə düşəndə bunu sirr kimi saxlayır ki, cinayətkar duyuq düşməsin. Bu verilişdəki bu sözlər isə cinayətkarı şübhələndirib, qorxudub və o çıxış yolunu uşağı qətl etməkdə görüb.


2) Verilişlərin birində Xoşqədəm xanım uşağı oğurlayana səslənərək deyir "Sənə söz verirəm ki, anonimlik qorunacaq. Anonimliyə yüz faiz zəmanət verirəm. Özüm gedib həbs olunaram, amma səni ələ vermərəm". Verilişdə səslənən bu sözlər bilavasitə cinyətkarla işbirliyinə cəhddir, cinayətkarı işbirliyinə çağırmaqdır. Çünki jurnalistin yalniz informasiya mənbəyinin anonimliyini qorumaq huququ var, cinayətkarla işbiriliyinə girmək, onun anonimliyini təmin etmək isə cinayətdir.


Veriliş günlərlə böyük ehtimalla qatil tərəfindən də izlənib, istintaqa mane olub, jurnalist öhdəlik və huquqlarını aşan hərəkətlər edib və Nərminin qətlində bilavasitə rol yonayıb.

 

Картинки по запросу Günel Mövlud

 

Təəsüf ki, verilşin, ordakı jurnalistlərin qanunsuz əməlləri Nərmin olayı ilə bitmir. Azyaşlıların soradan olara travma yarada biləcək halda efirə çıxarılması, verilişdə qonaqlar tərəfəindən səsləndirilən seksist, rasist, nifrət çağırışları kimi qanunla qadağa çıxışları, şəxsi həyata kobud müdaxilə və ictimailəşdirmə kimi ciddi qanunsuzluqlar saymaqla bitməyəcək qədərdir.

 

Bütün bu sadalananları nəzərə alıb, bəzən polisin, bəzən məhkəmənin, bəzən psixoloqun nəzarətində və məxfiliyində qorunmalı olan məsələləri ictimaiyyətə duyurduğu, zərər vurduğu və Nərmin hadisəsi kimi qətlə apardığını nəzərə alaraq, ictimaiyyətdən Səni axtarıram başda olmaqla bütün bu tipli verilişlərin bağlanmasını və qanunsuzluq törətmiş jurnalistlərin işindən uzaqlaşdırılıb, məsuliyyətə cəlb edilmə tələbinə qoşulmasını gözləyirəm.


Günel Mövlud

Jurnalist, yazar 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top