Türkmənistan istiqamətinə gəmi hərəkəti normal rejimdə həyata keçirilir — AÇIQLAMA

İQTİSADİYYAT 11 yan 2020, 11:22

Ələt qəsəbəsində yerləşən Bakı Limanında Türkmənistan istiqamətində gəmi hərəkəti normal rejimdə həyata keçirilir. 


Bu barədə Demokrat.az-a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən məlumat verilib.


Məlumatda bildirilir ki, Türkmənistana məxsus “Berkarar” gəmisinin təmirdə olması səbəbindən, Bakı Limanında toplanan ağır yüklü nəqliyyat vasitələrinin  (TIR) növbəsinin azalması üçün Azərbaycan və Türkmənistan tərəfindən müvafiq işlər həyata keçirilir. Hazırda, 51 TIR yol vergisini ödədikdən sonra “Bəxtiyar” gəmisi ilə Türkmənbaşı limanına yola salınır. Ümumilikdə, Bakı Limanından Türkmənistana yola düşəcək 300-ə qədər TIR mövcud olan ardıcıllıqla tez bir zamanda yola salınacaq.    

 

Bakı Limanı sürücülərin rahatlığı üçün müvafiq tədbirlər görür, gözləmə vaxtı onların yarana biləcək tələblərini ödəmək üçün iş aparır. Məsələ ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.


Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top