Avtobusda silahla gəzdiyi deyilən şəxs balıqçı çıxdı — FOTOLAR

HADİSƏ 10 yan 2020, 23:20

Sosial şəbəkələrdə Bakıda 165 saylı xətt üzrə hərəkət edən avtobusda üzərində odlu silahla hərəkət etdiyi iddia edilən şəxsin Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi tərəfindən kimliyi müəyyən olunub.


Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində həmin şəxsin Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Ruslan Somov olması müəyyən olunub. 


Baş İdarəyə dəvət olunan R.Somovun üzərində daşıdığı əşyanın hər hansı odlu silah yox, balıqçı aləti olması məlum olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top