Ağsu dolaylarında sürüşmə aktivləşdi — VİDEO

HADİSƏ 10 yan 2020, 15:35

Ağsu dolaylarında sürüşməyə meyilli ərazilərdə aktivlik artıb. 

 

Oxu.Az xəbər verir ki, bu yolda mövcud olan dörd sürüşmə nöqtəsi xüsusilə aktivləşib.

 

Sürüşməyə səbəb havaların son günlərdə yağışlı keçməsidir. Yolda iri çatlar yaranıb, bəzi nöqtələrdə yolun sağ və sol çiyinlərində çökmə baş verib. 

 

Yoldan istifadə edən sürücülər sürüşmənin günü-gündən artdığını deyirlər. Sürüşmə hər dəfə təkrarlandığında isə yolun asfalt-beton örtüyündə mövcud olan çatlar genişlənir. 

 

Hazırda ərazi nəzarətdə saxlanılır, bəzi nöqtələr lentlənib. Bu yoldan istifadə edən sürücülərin  qarlı-şaxtalı, dumanlı havalarda diqqətli olmağı vacibdir.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top