Kənd sakinlərindən Nərminin qatili olduğu iddia edilənlərlə bağlı: “İki nəfərdirlər...”

GÜNDƏM 10 yan 2020, 13:08

"10 yaşlı Nərminin dəhşətli ölümündə şübhəli bilinib saxlanılan şəxs müəllim oğludur”. 

 

Tovuz rayonunun Dondar Quşçu kənd sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, həmin şəxs İbarhim müəllimin oğlu 36 yaşlı İlkindir:

 

"Hazırda kənddə bununla bağlı söz-söhbətlər gəzir. Bu gün səhər saatlarında 10 yaşlı Nərminin meyitinin uzaqdan yandığını görən və onun söndürməyə cəhd göstərən İlkini ikinci dəfə hüquq-mühafizə orqanları saxlayıb. Ondan şübhələnirlər. İlkin anası və atası ilə birlikdə yaşayır. Atası da müəllimdir”.

 

Kənd sakinlərinin sözlərinə görə, İlkin illər öncə ali məktəbə qəbul olunsa da, səhhətində müəyyən problemlər yaranıb: 

 

"Psixoloji xəstəlikdən əziyyət çəkir. Özünə qapanıb, dinmir, kimsə ilə danışmır, bütün günü küçələrdə gəzir. Səhhəti yerində olmadığından təhsilini yarımçıq qoyub. Axı o, bunu necə edib? Bəlkə manyaklaşıb? İlkin evli deyil. Meyit tapılan yerdən onların  evinin arasında bir küçə var. Əgər odursa, qızı iki ay harada saxlayıb?”

 

Sakinlər deyir ki, Nərminin öldürülməsində daha bir şəxs də sorğu-sual edilir:

 

"Həmin şəxs Gəncədə yaşayır. Əvvəllər bir müddət də həbs olunub. Həbsxanadan təzə gəlib. Bunlardan hansı olduğu açıqlanmır. Çox güman ki, axşama kimi onun kimliyi açıqlanar”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top