18 yaşlı oğlanlar 21 yaşlı qızı qaçırdılar

HADİSƏ 10 yan 2020, 13:37

Mingəçevirdə gənc qız evlənmək məqsədi ilə qaçırılıb.

 

Report xəbər verir ki, 18 yaşlı C.Salmanov 21 yaşlı qızı zorla evlənmək üçün qaçırıb.

 

Ona bu işdə həmyaşıdı S.Qarayev kömək edib.

 

Qız və valideynləri şikayətçi olduqları üçün hər iki gənc polis tərəfindən saxlanılıb.

 

Hər iki oğlan barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top