Bakıda əcnəbi qızların ölümü ilə bağlı cinayət işi başlandı

HADİSƏ 10 yan 2020, 10:24

Bakıda 3 əcnəbi vətəndaşın ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsiniin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

 

Xatırladaq ki, ötən gecə paytaxtın Səbail rayonunda mənzildə yanğın olub. Bayıl qəsəbəsi Mirzə Mustafayev küçəsi 14 ünvanında mənzildə kirayə yaşayan üç Şri-Lanka vətəndaşı dünyasını dəyişib. Ölən qızların tələbə olduğu bildirilir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top