Amerikalı professor Xamneyiyə Kardaşyanın iqamətgahını bombalamağı təklif etdi

DÜNYA 09 yan 2020, 23:53

Massaçusets ştatının Uelsli şəhərindəki Babson kollecinin müəllimi, amerikalı  professor Aşin Fenci “Facebook”dakı bloqunda prezident Trampa özünəməxsus "cavab" verib.  


Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki,  professor İran hakimiyyətinə Amerika mədəni irsinə aid 52 obyekti bombalamağı təklif edib.


"Trampa cavab olaraq Ayətullah Xameneyi bir “tvit” göndərməlidir: bomba atmağı planlaşdırdığı Amerikanın 52 sevimli mədəniyyət obyektinin siyahısını. Hmm ... Bunlar nələr ola bilər? Mall of America? Kim Kardaşyanın iqamətgahı?” – deyə professor istehza edib.  


Az sonra silinən yazının skrinşotunu Turtleboysports.com saytı dəc edib.


Kollec rəhbərliyi dərhal bu qalmaqallı təklifi verən müəllimi işdən uzaqlaşdıraraq "yerli və federal hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu" bildirib.  “Boston Herald” nəşri yanvarın 9-da belə yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top