Azərbaycanda məktəbdə partlayış — Xəsarət alan var (FOTOLAR)

HADİSƏ 09 yan 2020, 19:12

Yevlax rayonunda orta məktəbdə partlayış olub.

 

“Qafqazinfo"nun xəbərinə görə, hadisə 1 saylı orta məktəbin qazanxanasında baş verib. Partlayış zamanı məktəbin gözətçisi Ramiz Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirlib. Qeydə alınan hadisə axşam saatlarında baş verdiyindən şagird və müəllimlərdən zərər görən olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top