İTV-də seçkiqabağı ödənişli təşviqatın qiyməti açıqlandı — Bir saniyəsi 65 manat

GÜNDƏM 09 yan 2020, 19:20

İctimai Televiziyada (İTV) deputatlığa namizədlərin ödənişli seçkiqabağı təşviqatı üçün qiymət müəyyənləşib.

 

Demokrat.az-ın xəbərinə görə, namizədlərin çıxışının saniyəsinin qiyməti minimum 22, maksimum isə 65 manatdır. 


Çıxışlar 5 və 6 dəqiqə nəzərdə tutulur.
 

Gələn həftə - yanvarın 17-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat başlayır.(Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top