Azərbaycanlı müğənni ağır qəzaya düşdü — FOTO

HADİSƏ 09 yan 2020, 19:07

“Yeni ulduz” mahnı yarışmasının qalibi, müğənni Vüqar Muradovun “Instagram”da tanınmaz halda fotosu yayılıb. 

 

Oxu.Az xəbər verir ki, ifaçının avtomobil qəzası nəticəsində ağır xəsarət aldığı yayılan şəkildən aydın sezilib.

 

Üz nahiyəsinin tamamilə bintə sarılaraq, qanlı olması görənləri sarsıdıb.

 

Vüqar hazırda şəhər xəstəxanalarının birində ciddi həkim nəzarətindədir. Onun vəziyyətinin  ağır və qana ehtiyacı olduğu bildirilib.

 

Vüqar Muradovun şəklini “Instagram”da “show_clab” səhifəsi yayımlayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top