“Azərişıq” öz əməkdaşının işığını kəsdi

HADİSƏ 09 yan 2020, 21:11

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin işığını kəsiblər.


Demokrat.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.


Faktı təsdiqləyən T.Mustafayev deyib ki, bu gün səhər yeməyi yediyi zaman evinin elektrik enerjisi təchizatı dayanıb: 


“Dərhal əməkdaşlarla əlaqə saxladım. Təsdiqlədilər. Dedilər ki, ərazidə təftiş həyata keçirilir deyə təchizat dayanıb. Tez bir zamanda elektrik enerjisinin verilişi bərpa edildi”.


Xatırladaq ki, T.Mustafayev Sumqayıt şəhərində yaşayır.(“NewsCafe")

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top