Daha bir jurnalist deputat olmaq istəyir — FOTO

GÜNDƏM 09 yan 2020, 16:53

Tanınmış yazıçı, jurnalist Kərim Kərimli 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. 


Bu barədə Demokrat.az-a Kərim Kərimli özü məlumat verib. 


O, hazırda ərazisində yaşadığı 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsindən namizəd olmaq istədiyini bildirib:


"12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. İmza vərəqələrini yanvarın 6-da DSK-ya təqdim etmişəm. Sabah namizədliyim qeydə alınmalıdır". 
 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top