"Nərminin öldürülüməsində Xoşqədəm Hidayətqızı da günahkardır" — İlginc AÇIQLAMA

GÜNDƏM 09 yan 2020, 15:43

“Nərminin öldürülüməsində Xoşqədəm Hidayətqızı da günahkardır. İndi ağlayıb maskalanmaq lazım deyil. Əgər efirə çıxarılmasaydı, bu mövzu ilə birbaşa hüquq-mühafizə orqanları məşğul olsaydı, daha doğru olardı. Amma Xoşqədəm hər gün efirdən bu mövzunu işıqlandırıb özünə reytinq yığırdı”.


Demokrat.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Elçin Əfəndi səsləndirib.


“Xoşqədəm axırda da deyir, mən bilirdim ki, Nərmin həyatda deyil, amma yenə də ümid edirdim. Sual yaranır: Haradan bilirdin? Axı istintaq deyir ki, mərhum 5 gün əvvələdək sağ imiş. Efirlərdən bu və bu kimi verilişlər yığışdırılmalıdır.

 

təhsil eksperti Elçin Əfəndi üçün şəkil nəticəsi


Xoşqədəm 10-12 gün əvvəl efirdən birbaşa belə bir cümlə işlətdi: 


"Sənin izinə düşmüşük. Tezliklə tapacağıq". Və qatil bundan sonra hərəkətə keçdi. 5-6 gün əvvəl öldürdü və gətirib qapıdan xeyli aralıda yandırdı. Bu işdə mənə görə bu şəxslər daha çox şübhəlidir: ana, ananın müdafiə etdiyi qaynı və qaynı oğlu. Ananın fikrinə baxın. Deyir ki, "Mən kafedə işləyirdim. Nərmin qoymurdu məni". 


Sonra da deyir qaynım və qaynımoğlu edə bilməz bu hadisəni. Ana öz anasının fikirlərinə qarşı çıxır. Balası itkin düşən ananın sifətində "şıram" yox. Üzünə əl atmayıb, özünü şübhəli aparır. Üzünə "şıram" atmaması da ayrı bir detaldı. Adi qəza xəbərində qadınlar üzlərinə əl atır, cırırlar. Qısası, fikrimcə, yaxın günlərdə qatil və onun əlbir olduğu şəxslər müəyyənləşəcək. Yekun olaraq deyim ki, mən yenə də Xoşqədəmi günahkar qismində görürəm. O qatilə qətl üçün təkan verdi”,- deyə o bildirib.(Bizimyol.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top