“Azəriqaz” Prezidentin köməkçisinin qardaşını məhkəməyə verdi

HADİSƏ 09 yan 2020, 17:52

Azərbaycanda dövlət qurumu məşhur şirkətə qarşı külli miqdarda borcun ödənilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb.


Demokrat.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi 2 saylı Bakı  İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan “As Aqro Co” MMC-nin təbii qazdan istifadəyə görə 99 999 AZN borcu yarandığını bildirib.


“Azəriqaz” bu borcun və məhkəməyə müraciət üçün ödənilən 30 AZN dövlət rüsumunun şirkətdən tutularaq onlara ödənilməsini tələb edib. 


İddia icraata qəbul edilib.(Qafqazinfo)

 

Azəriqaz İB üçün şəkil nəticəsi


Qeyd edək ki, “As Aqro Co” MMC tikinti və başqa sahələrdə fəaliyyəti ilə tanınan “AS Group İnvestment” şirkətinin balansındadır. 


Onu da bildirək ki, “AS Aqro Co” MMC  Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümovun qardaşı Şahin Mövsümova məxsusdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top