Azərbaycanda 18 yaşlı qız itkin düşdü — FOTOLAR

HADİSƏ 09 yan 2020, 11:24

Şəmkir rayonunda 17 yaşlı qız itkin düşüb.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da Şəmkir rayonu, Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

X.Həsənovanın əlamətləri belədir: boyu 167 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top