Yasamalda “NİVA” idarəetməni itirərək “Mercedes”ə çırpıldı – VİDEO

HADİSƏ 09 yan 2020, 09:01

Yasamal rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

 

Demokrat.az Oxu.Az-a istinadla xəbər verir ki, qəza rayonun Mirzəağa Əliyev və İslam Səfərli küçələrinin kəsişməsində qeydə alınıb.

 

“NİVA” markalı avtomobilin sürücüsü Mirzəağa Əliyev küçəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi İslam Səfərli küçəsindən çıxan “Mercedes” markalı avtomobilə çırpılıb.

 

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top