“ABŞ bizim qolumuzu kəsdi, biz onun ayağını kəsəcəyik” — Ruhani HƏDƏLƏDİ

DÜNYA 08 yan 2020, 22:16

"ABŞ ordusu tezliklə Yaxın Şərqdə yerləşə bilməyəcək”.

 

Demokrat.az "Reuters”ə istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. İran lideri bunun general Qasım Süleymaninin amerikalıların tərəfindən öldürülməsinə bir cavab olacağını vurğulayıb.

 

Ruhani Süleymaninin ölümünün İran üçün "qolunun kəsilməsi" demək olduğunu vurğulayıb. Buna görə İran ABŞ-ın hərəkətlərinə cavab olaraq amerikalıların "ayağını kəsəcək".

 

Qeyd edək ki, bu gün İran ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbəsi endirib. (qaynarinfo)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top