İranda qəzaya uğrayan təyyarədə 7 ölkənin vətəndaşı həlak olub — Siyahı

DÜNYA 08 yan 2020, 14:22

İranın paytaxtı Tehran yaxınlığında qəzaya uğrayan “Boeing 737” təyyarəsində 7 ölkənin vətəndaşı həlak olub.

 

Trend-in məlumatına görə, təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

 

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub.

 

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, qəzanın səbəbi təyyarənin mühərrikinin yanması olub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top