Samuxda yanğın: 2 nəfər yaralandı

HADİSƏ 08 yan 2020, 09:21

Samux rayonunun Qarayeri qəsəbəsində ümumi sahəsi 56 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar 40 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, yanğın zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top