Göyərtəsində 180 sərnişin olan təyyarə İranda yanaraq yerə çırpıldı — ANBAAN VİDEO

DÜNYA 08 yan 2020, 08:55

Tehran yaxınlığında Ukrayna aviaşirkətinə məxsus  “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

“RİA Novosti” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 180 sərnişin olub.

 

Məlumata görə, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb və partlayıb.

 

Hava limanının rəhbəri məlumatı təsdiqləyib. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir. (oxu.az)

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top