KİV: İran İraqdakı ABŞ mövqelərinə ikinci hücumu endirib, Tramp təcili iclas çağırıb - VİDEO (YENİLƏNİB)

HADİSƏ 08 yan 2020, 07:59

İranın Silahlı Qüvvələri ABŞ-ın İraqdakı mövqelərinə ikinci hücum dalğası endirib.

 

APA xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

 

Hücumların raketlərlə həyata keçirildiyi qeyd olunur. Yeni hücumun dəqiq hədəfləri barədə məlumat verilmir.

 

ABŞ Prezidenti Donald Tramp, onun əsas nazirləri və köməkçiləri İranın İraqda Amerika qoşunlarının yerləşdiyi bir sıra hərbi bazalara raket zərbələri endirməsi ilə əlaqədar hazırda təcili iclas keçirirlər.

 

 

 

07:36

 

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ABŞ-ın İraqdakı "Ayn əl-Əsəd" hərbi-hava bazasına azı 35 raket zərbəsi endiriblər.

Demoktat.az-ın "BBC"yə istinadən verdiyi məlumata görə, bu barədə "Tasnim" agentliyinə mənbə bildirib.

Mənbə deyib: "Hazırda İraqdakı "Ayn əl-Əsəd" bazasına azı 35 dəfə hücum edilib".

 

Xatırladaq ki, ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbinədki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.

 

Bildirilir ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top